Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, o, yarışın dördüncü günündə 100 metr məsafəyə sərbəst üzmə üsulunda finalda finişə üçüncü çatıb.
Qeyd edək ki, turnirin ilk günündə Raman Saley 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda qızıl, ikinci günündə eyni məsafəyə kəpənək üzmə üsulunda gümüş mükafata yiyələnib. Milli komandanın digər üzvü Vəli İsrafilov isə yarışın üçüncü günündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Hər birimiz İstanbuldakı turnirə lisenziya qazanmaq üçün gedirik.
Mayın 9-12-də Serbiyanın Novi Sad şəhərində keçiriləcək sambo üzrə böyüklər, gənclər və yeniyetmələr arasında Avropa çempionatı və birinciliklərində Azərbaycan 22 idmançı ilə təmsil olunacaq.
Azərbaycan üzgüçüləri Rusiyada Universitetlər arasında keçirilən “Rektor Kuboku” yarışlarında yüksək nəticələr göstəriblər.